İran XİN rəhbəri Rusiyaya səfər edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.
Səfərin məqsədi ABŞ barədə Rusiya tərəfi ilə məsləhətləşmələr aparmaqdır.
Görüşün 17 apreldə baş tutması gözlənilir.
Xatırladaq ki, ABŞ və İran arasında danışıq aprelin 12-də keçirilib.
Türkan İsgəndərli
tag: İran,XİN,Rusiya,Səfər,Todaypress.az,