İran XİN: Trampın nüvə proqramı ilə bağlı məktubunu almamışıq

Dünya

12.03.2025 12:41

2645

Rəsmi Tehran hələ də ABŞ prezidenti Donald Trampdan ölkənin nüvə proqramı ilə bağlı məktub almayıb, lakin vasitəçinin onu tezliklə çatdıracağı bildirilir. 

TodayPress xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib. 

"Məktub yazılıb, lakin hələ ki, bizə çatmayıb. Razılaşma var ki, ərəb ölkələrindən birinin nümayəndəsi onu yaxın vaxtlarda Tehrana çatdıracaq" deyə nazir İranın dövlət televiziya və radio şirkətinin yayımladığı brifinqdə deyib. 

Töhfə Səməd

tag: İran XİN,Abbas Əraqçi,İran,XİN,ABŞ,Todaypress.az,