İran yeni ballistik raketini sınaqdan keçirdi
İran yeni ballistik raketini uğurla sınaqdan keçirib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Əziz Nəsirzadə "IRIB" telekanalına açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, raket 1200 kilometrdən çox məsafədən buraxılıb və hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. O əlavə edib ki, raket elektron müdaxilələrə qarşı davamlıdır.
Nəsirzadə bildirib ki, İran geniş raket arsenalına sahibdir və ölkəyə qarşı təcavüz olacağı təqdirdə bu silahlardan dərhal istifadə etməyə hazırdır.
Türkan İsgəndərli
tag: İran,Nüvə,Ballistik,Raket,todaypress.az,