İrana məxsus 100-dən çox gəminin rabitə şəbəkəsi kəsildi

Dünya

19.03.2025 13:43

1973

İki böyük İran şirkətinə məxsus 116 gəminin rabitə şəbəkəsinin limanlarla əlaqəsi kəsilib.

TodayPress xəbər verir ki,  bu barədə  “Azad İran” teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, kiber əməliyyatlar nəticəsində “İran Milli Neft Tankerləri” şirkətinə məxsus 50 gəmi ilə “İslam Respublikası Gəmiçilik” şirkətinə aid 66 gəmi arasında əlaqə dayandırılıb. 

Qeyd olunub ki, bu gəmilərin əksəriyyəti ABŞ Maliyyə Nazirliyi, Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. 

Qrupun sözlərinə görə, sözügedən gəmilərdə onların rabitə şəbəkəsi vasitəsilə əlaqəni tam bərpa etmək üçün bir neçə həftə lazım olacaq və bu müddət ərzində gəmilərdə əlaqə qurmağın yeganə yolu məhdud rabitə üsullarından istifadə etməkdir.

tag: İran,Gəmi,Rabitə,Əlaqə,Kəsinti,Todaypress.az,