İranda əxlaq polisi ləğv edilir

Dünya

19.03.2025 14:17

1547

İran hökuməti hicabla bağlı yeni qanunda ölkədə əxlaq polisinin fəaliyyətinin ləğv edilməsini planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. 

Qalibaf bildirib ki, İran artıq hicab geyinmə qaydalarının pozulmasına görə cəzalara malikdir və indi həm müsbət, həm də mənfi cəhətləri əhatə edən qanun qəbul edilməlidir.  

“Mövcud qanun küçə patrullarını tamamilə aradan qaldırıb, lakin İran hökumətinin digər sahələrdə həll edilməli olan bəzi problemləri var” deyə rəsmi vurğulayıb. 

Xatırladaq ki, İranda tez-tez hicabla bağlı münaqişələr yaşanır. 

Aysel Mətləb

tag: İran,Polis,Əxlaq,Hicab,Todaypress.az,