İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var
İranın paytaxtı Tehranın şərqindəki hərbi
obyektlərdən birində yanğın, ardınca isə partlayış baş verib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, hadisə
nəticəsində bir hərbçi ölüb.
Həmçinin yanğının söndürülməsinə cəlb olunan briqadanın
on üzvü xəsarət alıb.
Onlardan altısı xəsətəxanaya yerləşdirilib.
Hadisənin səbəbi hələ məlum deyil.
tag: İran, Tehran, Yanğın, Partlayış, Xəstəxana, todaypress.az,