İranda limandakı partlayışla bağlı iki nəfər saxlanıldı

Dünya

04.05.2025 20:30

15

İran hakimiyyəti Şəhid Rəcai limanında baş verən partlayışla bağlı iki nəfəri saxlayıb.

TodayPress xəbər verir ki, bu barədə "SNN" telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərdən biri özəl sektorda, digəri isə dövlət qurumunda çalışır. Hazırda istintaq davam edir və hadisənin bütün halları ilə bağlı əlavə araşdırma aparılır.

Türkan İsgəndərli

tag: İran,Partlayış,Liman,Todaypress.az,