İranda matəm elan edildi
İran hökuməti ölkənin cənubunda yerləşən Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən faciəvi hadisə ilə əlaqədar 28 aprel matəm elan edir.
TodayPress xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Qeyd edək ki, 26 apreldə İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 28 nəfər ölüb, 800 nəfər xəsarət alıb. Hadisədən sonra baş verən yanğının böyük ölçüdə məhdudlaşdırıldığı bildirilir.
Türkan İsgəndərli
tag: İran,Matəm,Partlayış,todaypress.az,