İranda Novruz çərşənbələrində xəsarət alanların sayı 5568-ə çatdı
İranda Novruzun ilaxır çərşənbəsi şənliklərində ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 5568-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, 1557 nəfərin gözü, 1521 nəfərin isə bədəni yanıq xəsarətləri alıb.
Digərləri isə müxtəlif nahiyələrindən zədələniblər.
Eyni zamanda, partlayıcılar nəticəsində 14 təcili yardım avtomobilinə ciddi ziyan dəyib.
Türkan İsgəndərli
tag: İran,Novruz,Şənlik,Xəsarət,Todaypress.az,