İranda parlament hərəkətə keçdi

Dünya

29.04.2025 16:15

10

İran parlamenti ölkənin cənubunda yerləşən Şəhid Rəcai limanında baş verən partlayışla bağlı səhlənkarlığa görə yollar və şəhərsalma naziri Fərzanə Sadiqəyə qarşı impiçment proseduruna başlayıb.

TodayPress xəbər verir ki, bu barədə parlamentin Təkmilləşdirmə Komitəsinin üzvü Məhəmməd Mənan Rəisi “Tasnim” agentliyinə verdiyi açıqlamasında bildirib.

Rəisinin sözlərinə görə, impiçment tələbi təkcə limandakı partlayışla məhdudlaşmır. O, həmçinin Limanların İdarə Edilməsi Təşkilatının fəaliyyətsizliyini və texniki səhvlərini, mənzil qeydiyyat sisteminin bağlanması ilə vətəndaşların hüquqlarının pozulmasını və Daşınmaz Əmlakın Tənzimlənməsi Nazirliyinin zəif fəaliyyətini də səbəblər arasında göstərib.

Xatırladaq ki, aprelin 28-də İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Nəticədə yüzlərlə insan yaralanıb, ölənlərin sayı isə 60-ı keçib.

Aysel Mətləb

tag: İran ,Şəhid Rəcai,liman,Partlayış,Parlament,todaypress.az,