İranda qızlar məktəbində yanğın baş verdi

Dünya

19.02.2025 11:52

1741

İranın Zəncan şəhərinin "Bahünər" qızlar məktəbində yanğın baş verib.

TodayPress xəbər verir ki, bu barədə “BBC Persian” yayıb.

Məlumata görə, yanğın nəticəsində 15 şagird zəhərlənib.

Zəhərlənənlər xəstəxanalara yerləşdirilib. Yanğının başvermə səbəbi barədə açıqlama verilməyib.

Nicat Osman

tag: İran,Qızlar məktəbi,Yanğın ,Zəhərlənmə,Todaypress.az,