İranda silahlı insident: Polislər yaralandılar

Dünya

02.04.2025 14:10

2414

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində silahlı qarşıdurma olub. 

TodayPress xəbər verir ki, bu barədə "İSNA" məlumat yayıb. 

Məlumata görə, silahlı qarşıdurma nəticəsində bir mülki şəxs, iki polis əməkdaşı yaralanıb, 3 nəfər həbs edilib. 

Hadisənin narkotik alverçilərinə qarşı keçirilən əməliyyat nəticəsində baş verdiyi bildirilib. 

Türkan İsgəndərli

tag: İran,Atışma,Polis,Yaralanma,Todaypress.az,