İranda zəlzələdə xəsarət alanların sayı 29-a çatdı - YENİLƏNDİ

Dünya

01.05.2025 17:04

12

İranın şimal-şərqindəki Xorasan Rəzəvi əyalətində baş verən 5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 29-a çatıb.   

TodayPress xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. 

“Zəlzələ maddi ziyana səbəb olmasa da, 29 nəfərin yaralanmasına səbəb olub” deyə məlumatda bildirilir.

***

10:47

İranda 5 bal gücündə zəlzələ baş verib.

TodayPress  xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. 

Zəlzələdə 19 nəfər xəsarət alıb.   

Dağıntılar barədə ətraflı məlumat veriləcək.

tag: İran ,Zəlzələ,Xəsarət,Hadisə,Todaypress.az,