İrandakı partlayışda yaralananların sayı 700-ü keçdi - YENİLƏNDİ 8
Bəndər Abbasın Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700-ü keçib. TodayPress xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin böhranların idarə edilməsi üzrə baş direktoru Mehrdad Həsənzadə açıqlayıb. Onun sözlərinə görə, yaralıların sayının artacağı istisna edilmir.
***
17:16
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə "IRIB" telekanalı məlumat yayıb.
Bildirilib ki, hazırda 4 nəfərin öldüyü təsdiqlənib.
Töhfə Səməd
***
15:56
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
***
15:21
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 406 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
15:06
İlkin məlumata görə, İranın Şəhid Rəcai limanındakı partlayış, təhlükəli mallar və kimyəvi maddələr anbarında baş verib.
TodayPress xəbər verir ki, bu barədə limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsi məlumat yayıb.
"Çox güman ki, partlayış limanın konteyner terminalında yerləşən təhlükəli mallar və kimyəvi maddələr anbarında baş verib" idarənin açıqlamasında bildirilir.
Töhfə Səməd
***
14:58
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
Yaxınlıqdakı şəhərlərdən hadisə yerinə 15 təcili tibbi yardım maşını və 4 təcili yardım avtobusu göndərilib.
Töhfə Səməd
***
14:25
İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 80-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
***
13:47
İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış baş verən partlayış nəticəsində yaralananların sayı 47-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. “Şəhid Rəcai limanında güclü partlayış baş verib, səbəbi hələlik məlum deyil” agentlik bildirib.
Limanda işləyən agentliyin müxbiri rəsmilərdən hadisənin yanacaq tankerinin partlaması nəticəsində baş verdiyini öyrənib.
Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb. Bir neçə liman işçisi yaralanıb.
***
13:22
İranın cənubundakı Bəndər Abbas şəhərində yerləşən dəniz limanının ərazisində güclü partlayış baş verib.
TodayPress xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Hadisənin səbəbləri və təfərrüatları hələ ki, açıqlanmayıb.
Töhfə Səməd
tag: İran,Liman,Partlayış,todaypress.az,