İrandakı partlayışın təfərrüatları açıqlandı
İran Milli Neft İstehsalı və Paylama Şirkəti Bəndər Abbas limanında baş verən partlayışın təfərrüatlarını açıqlayıb.
TodayPress xəbər verir ki, müvafiq məlumat şirkətin mətbuat xidmətinin saytında yer alıb.
Belə ki, partlayışın neft emalı zavodu və ya şirkətin yanacaq çənləri ilə bağlı olmadığı məlum olub.
"Bəndər Abbas ərazisində yerləşən bu obyektlər hazırda normal rejimdə işləyir" mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, İranın cənubunda yerləşən Bəndər Abbas limanında güclü partlayış baş verib.
tag: İran,Partlayış,Liman,Hadisə,Todaypress.az,