İrandan ABŞ-yə CAVAB

Dünya

10.03.2025 10:51

1720

"İran hədə-qorxu altında ABŞ ilə danışıqlara getməyəcək". 

TodayPress xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib. 

Həmçinin Əraqçi Tehranın nüvə proqramının “dinc xarakter” daşıdığını iddia edib: 

“İranın nüvə enerjisi proqramı həmişə tamamilə dinc xarakterli olub və belə qalacaq. Buna görə də onun potensial hərbiləşdirilməsi üçün heç bir əsas yoxdur”. 

Xatırladaq ki, Donald Tramp Amerikanın prezidenti seçiləndən sonra İrana qarşı maksimum təzyiq siyasətini bərpa edib.

Həmçinin ABŞ Dövlət Departamenti bu siyasətin davam edəcəyini açıqlayıb. 

Türkan İsgəndərli

tag: İran,ABŞ,Cavab,Abbas Əraqçi,XİN,Todaypress.az,