İrandan ABŞ-yə növbəti CAVAB

Dünya

11.04.2025 13:19

9

"Amerika tərəfinin Tehrana qarşı davam edən aqressiv ritorikasına baxmayaraq, o, İranın danışıqlara razı olduğunu başa düşməlidir". 

TodayPress xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib. 

Onun sözlərinə görə, İran diplomatiyaya tam ciddi yanaşır. 

Bəqayi əlavə edib ki, İran tərəfi aprelin 12-də keçiriləcək danışıqlarda Vaşinqtonun mövqeyini dəyərləndirəcək.   

Qeyd edək ki, görüş Omanda baş tutacaq. Burada Abbas Əraqçi və Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak edəcək.   

Türkan İsgəndərli

tag: İran,ABŞ,Bəqayi,Tramp,Todaypress.az,