İranın nüvə sazişi üzrə şərtlərdən biri açıqlandı

Dünya

02.05.2025 12:00

12

ABŞ dövlət katibi Marko Rubio İranla nüvə razılaşmasının şərtlərindən birini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına danışıb. 

"Əgər Tehran dinc nüvə sazişi istəyirsə, Amerika müfəttişləri də daxil olmaqla, istənilən növ müfəttişlərə girişə icazə verməlidir" Dövlət Departamentinin rəhbəri vurğulayıb.

Rubio əlavə edib ki, başqa ölkələrdən olan ekspertlər də burada çıxış edə bilər, lakin İran ilk növbədə ABŞ-dən olan müfəttişlərin gəlməsinə razılıq verməlidir. 

Xatırladaq ki, aprelin 26-da Omanda İran və ABŞ arasında danışıqların üçüncü mərhələsi baş tutub. Görüş zamanı İranın nüvə sazişi ilə bağlı məsələ müzakirə olunub. 

Töhfə Səməd 

tag: ABŞ , Marko Rubio ,İran,Nüvə,Saziş,todaypress.az,