İranlı müxbir Qəzzada əsir götürüldü
İsrail Qəzza zolağında İranın dövlət televiziya və radio şirkətinin müxbirini girov götürüb.
TodayPress "ISNA"ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Peyman Cəbali məlumat verib.
“Bizdə olan məlumata görə, bu jurnalist İsrail tərəfindən həbs edilib. O, hələ də əsirlikdədir, lakin Qəzzada deyil. Ümid edirik ki, o, tezliklə azad olunacaq” deyə o bildirib.
Töhfə Səməd
tag: Qəzza,Zolaq,İsrail,Müxbir,Hadisə,Todaypress.aZ,