İraq İŞİD liderinin öldürüldüyünü açıqladı

Dünya

14.03.2025 19:02

2396

İŞİD terror təşkilatının Suriya və İraq lideri Abdullah Maki Musleh El Rifai öldürülüb.

TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib.  

Baş nazir əlavə edib ki, o, İraqda dünyanın ən təhlükəli terrorçularından biri hesab edilir.

Məlumata görə, İraq təhlükəsizlik qüvvələri əməliyyatı ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.

Aysel Mətləb

tag: İraq,İŞİD,Terror,Suriya,todaypress.az,