İraq və Mərakeş fələstinlilərin köçürülməsi planı ilə razılaşmadı
İraq və Mərakeş fələstinlilərin Qəzza zolağından köçürülməsi planını qəbulolunmaz hesab edirlər.
TodayPress “Hespress”ə istinadən xəbər verir ki, bunu Rabatda İraqın Baş nazirinin müavini, respublikanın xarici işlər naziri Fuad Hüseyn deyib.
"Bu plan real təhlükədir, Fələstin məsələsini sadəcə qaçqın məsələsinə çevirmək riski daşıyır" deyə o bildirib. Onun sözlərinə görə, plan Misir və İordaniya üçün problemlər yarada bilər.
"Bu plana qarşı çıxmaq üçün ərəb və İslam ölkələrinin vahid mövqeyinin formalaşdırılması üzərində işləmək lazımdır" İraqlı nazir vurğulayıb.
tag: İraq ,Mərakeş ,Qəzza ,Fələstin,Fuad Hüseyn,Rabat,todaypress.az,