İraqda 5 terrorçu öldürüldü

Dünya

12.02.2025 14:06

1936

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu məhv edib. 

TodayPress xəbər verir ki, bu məsələ ilə əlaqədar Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat paylaşıb. 

Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində keçirilən əməliyyat nəticəsində 5 PKK terrorçusu öldürülüb. 

Həmçinin Müdafiə Nazirliyi qeyd edib ki, Türkiyə ordusu PKK terrorçularına qarşı əməliyyat tədbirlərini davam etdirir.

tag: Türkiyə,Ordu, İraq,PKK ,Müdafiə Nazirliyi ,todaypress.az,