İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alındı
İraqda 7 milyon ədəd
amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.
TodayPress Səudiyyə Ərəbistanı
mediasına istinadla xəbər verir ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə
məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə
aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının
Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə İraqın müvafiq qurumu arasında
əməkdaşlıq nəticəsində baş tutub.
Qeyd olunur ki, narkotik
tərkibli həblər uşaq oyuncaqları və ütü masaları yüklü bir ticarət göndərişində
gizlədilibmiş.
tag: İraq, Narkotik, Qaçaqmalçılıq, Ticarət, Polis, todaypress.az,