İraqın şimalında yeddi terrorçu öldürüldü

Dünya

15.02.2025 15:20

1868

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK/YPK terror qruplaşmasının yeddi üzvü öldürülüb. 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İraqın şimalında Kandil bölgəsində havadan keçirilən əməliyyat nəticəsində dörd, Metina bölgəsində isə üç terrorçu öldürülüb.

Terrora qarşı qabaqlayıcı və yoxedici əməliyyatlarını davam edəcəyi vurğulanıb. 

Nicat Osman

tag: Türk ordusu,PKK, İraq, Terror, Təşkilat,Todaypress.az,