İrkutsk vilayətində 100 mindən çox ev işıqsız qaldı
Rusiyanın İrkutsk vilayətinin 8 rayonunda qasırğa
səbəbindən yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb.
TodayPress “İnterfaks”a
istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin
regional idarəsinin "Telegram" kanalında məlumat yayılıb.
“Sürəti 34 m/s-ə çatan külək nəticəsində vilayətin 8
rayonu üzrə 613 yaşayış məntəqəsində 101 306 evin elektrik enerjisi ilə
təchizatı kəsilib” məlumatda deyilir.
Regionun qubernatoru İqor Kobzev fövqəladə hallar
komissiyasının iclasından sonra bildirib ki, bölgədəki yanğınlar azı 18 evi,
ibtidai məktəbi və yeməkxananı məhv edib. Güclü külək 10 binanın damını qoparıb,
hasarları və ağacları uçurub, texnogen yanğınlara səbəb olub.
Ölən və yaralanan olmayıb.
tag: Rusiya,İrkutsk, Qasırğa, İşıq, Elektrik, todaypress.az,