İrlandiya Ukraynaya xüsusi təyinatlı göndərəcək?
İrlandiya ölkənin xüsusi təyinatlı qüvvələrinin ölkə hüdudlarından kənarda yerləşdirilməsi nəzərdə tutan qanun layihəsini müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə “İrish Times” məlumat yayıb.
Qərar qəbul edilərsə, Ukraynanın paytaxtı Kiyevə ordu “ranger”ləri (hava-desant hücum qüvvələri) göndəriləcək.
Qanun Kiyevdə yerləşən İrlandiya diplomatik nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yüksək ixtisaslı hərbi mütəxəssislərin yerləşdirilməsi üçün hüquqi əsasların yaradılmasını nəzərdə tutur.
“Peşəkarlığı və xüsusi hazırlığı ilə məşhur olan ordu reyncerləri diplomatik missiyanın qorunmasında əsas vasitə ola bilər” deyə qanun əsaslandırılıb.
Qanun layihəsi hazırda müzakirə olunur və davam edən geosiyasi gərginlik şəraitində İrlandiya rəsmilərinin təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma təklif edir.
Nicat Osman
tag: İrlandiya,Rangers,Xüsusi təyinatlı,Ukrayna,Qanun,Müzakirə,Todaypress.az,