İşəgötürənlər CV-lərdəki məlumatların doğruluğunu yoxlaya biləcəklər

Dünya

17.04.2025 17:05

16

2025-ci ildə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi işəgötürənlərin dövlət informasiya sistemlərində (GIS) razılığı ilə iş axtaran şəxsin CV-sindəki məlumatları yoxlamaq imkanı yaratmaq istəyir.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyasının rəqəmsal inkişaf naziri Maksut Şadayev məlumat verib. 

“Hesab edirik ki, istənilən işəgötürən, təbii ki, namizədin razılığı ilə, CV-də göstərilən məlumatları görmək imkanına malik olmalıdır. Təcrübənizi, iş stajınızı və təhsilinizi təsdiqləmək sadə və rahat olmalıdır”. 

Ərizəçidən CV-də göstərilən məlumatları yoxlamaq üçün işəgötürənin müraciətini təsdiqləməsi tələb olunacaq.

Töhfə Səməd

tag: Rusiya,İşəgötürən,CV,Məlumat,Todaypress.az,