İsfahanda partlayış - Ölən və yaralananlar var

Dünya

29.04.2025 21:14

12

İranın İsfahan vilayətində yerləşən anbarda partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Hadisə bu gün yerli vaxtla saat 10:30-da qeydə alınıb. Partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə yerinə xilasedici qruplar, yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub.

Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.

tag: İsfahan, İran, Partlayış, Ölüm, todaypress.az,