İshaq Dar: “Hindistan dayansa, Pakistan sülh haqqında düşünəcək”
“Hindistanın dayanacağı təqdirdə Pakistan münaqişənin həllini nəzərdən keçirəcək”.
TodayPress xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar “Geo” telekanalına müsahibəsində bildirib.
"Pakistan həmişə sülh istəyir və Hindistan indi dayansa, biz də sülhün mümkünlüyünü nəzərdən keçirəcəyik. Biz səmimiyyətlə sülh istəyirik, çünki məqsədimiz məhv etmək və pul israfı deyil" deyə o əlavə edib.
tag: İshaq Dar,Pakistan,Hindistan,Münaqişə,Todaypress.az,