İŞİD-ə qarşı əməliyyat: 92 nəfər saxlanıldı

Dünya

24.02.2025 15:40

2336

Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatına qarşı “Gürz-47” əməliyyatı keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

“Son bir həftə ərzində 16 əyalətdə İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar zamanı 92 şübhəli saxlanılıb” deyə nazir bildirib.

Əməliyyat zamanı terroristlərə məxsus onlarla lisenziyasız silah, çoxsaylı təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Nicat Osman

tag: Türkiyə,İŞİD,Terror,Saxlanılma,todaypress.az,