İŞİD-in İraqdakı lideri öldürüldü
ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının liderlərindən biri Abdullah Maki Musleh əl-Rifainin İraqda öldürüldüyünü açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
Ağ Ev rəhbəri əməliyyatın İraq hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Tramp İŞİD terror qruplaşmasının liderlərinə qarşı dəqiq hava zərbələri endirmək əmri verib.
Siyasətçi bu şəxslərin ABŞ və müttəfiqlərini hədələdiyini vurğulayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,İraq,İŞİD,Todaypress.az,