İŞİD yeni veb-sayt yaratdı
İŞİD terror qruplaşması alman dilində yeni veb-sayt
yaradıb.
TodayPress "Bild"
qəzetinə istinadla xəbər verir ki, İŞİD sözügedən saytda Almaniya, Avstriya və
Belçikanın bir neçə şəhərində terror aktları törətməyə çağırış edib.
Potensial hədəflər arasında
Berlin, Münhen, Frankfurt-Mayn, Vyana, Brüssel, Antverpen, Zalsburq göstərilir.
Almaniya, Avstriya və Belçikanın
təhlükəsizlik orqanları qruplaşmanın təbliğatçılıq materiallarını ciddi qəbul
edirlər. Belə ki, İŞİD-in çağırışları hal-hazırda radikallar arasında çox
sürətlə yayılır.
tag: İŞİD, Terror, Veb-Sayt, Mühen, Radidkal, todaypress.az,