İslandiyada yenidən vulkan püskürdü

Dünya

01.04.2025 18:49

1643

İslandiyanın cənub-qərbində yerləşən Reykjanes yarımadasında vulkan püskürməsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb. 

Püskürmə aprelin 1-i səhər saatlarında Sundhnukur krater zonasından maqmanın axması ilə başlayıb. Bir neçə saat sonra isə püskürmə qeydə alınıb.

Hadisə 42 kilometr məsafədə yerləşən paytaxt Reykyavikə yaxın ərazidə baş verib.

Qeyd edək ki, bu, Sundhnukur kraterində son dövr ərzində baş verən səkkizinci püskürmədir. Rəsmi məlumatlara görə, lavalar iki fərqli nöqtədən çıxır.

Onlardan biri 700 metr uzunluğundadır, digəri isə daha kiçik ölçüdədir. Kiçik axınlar Grindavik şəhərini qoruyan müdafiə qurğularının içərisində yerləşir.

Püskürmə öncəsi ehtiyat tədbiri olaraq Grindavik şəhəri boşaldılıb.

İslandiya Meteorologiya İdarəsinin açıqlamasına görə, püskürmə hələlik paytaxt Reykyaviki birbaşa təsirləndirməyib və kül təbəqəsi stratosferə qədər qalxmadığı üçün hava nəqliyyatında pozuntu müşahidə olunmur. 

Qiymət Mahir

tag: İslandiya,Vulkan,Püskürmə,Təbii Fəlakət,Todaypress.az,