İspaniya 65 rusiyalının müraciətini rədd etdi

Dünya

17.03.2025 19:00

2002

İspaniya hakimiyyəti ölkəyə humanitar vizalarla daxil olan 65 Rusiya vətəndaşına yaşayış icazəsi (VНJ) verməkdən imtina edib.

TodayPress xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, jurnalistlər, insan haqları müdafiəçiləri və fəallar bildiriblər ki, İspaniya diplomatları onlara qısa müddətdə VНJ veriləcəyini vəd ediblər. Lakin aylar keçsə də, statusları hələ də müəyyən edilməyib.

İspaniya Xarici İşlər Nazirliyindəki mənbə belə razılaşmaların mövcudluğunu təkzib edib. Rəsmi şəxs qeyd edib ki, bu şəxslərin yeganə çıxış yolu sığınacaq üçün müraciət etməkdir.

Bundan əlavə, İspaniyanın Miqrasiya Xidməti bir neçə humanitar əsaslı rezidentlik müraciətini rədd edib. Hakimiyyət nümayəndələri bu şəxslərin Rusiyaya qayıtdıqda təhlükə ilə üzləşəcəklərinə dair sübutların qeyri-kafi olduğunu bildiriblər.

Qeyd edək ki, daha əvvəl Latviya Daxili İşlər Nazirliyi yaşayış icazəsi olmayan 34 rusiyalıya ölkəni tərk etmələri barədə göstəriş verib. Latviyanın Sərhəd Xidmətinin məlumatına görə, 800 rusiyalıdan təxminən 600-ü yaşayış icazəsi olmadan ölkəni tərk edib. Hazırda 100 nəfərin harada olduğu məlum deyil.

Qiymət Mahir

tag: İspaniya,Rusiya,VJH,Miqrasiya,todaypress.az,