İspaniya kosmik raketini Oman kosmodromundan buraxacaq
İspaniyanın “PLD Space" şirkəti “Miura 5” raketinin Omandakı Etlak kosmodromundan buraxılması üçün müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat yayıb.
İlk buraxılış 2027-ci ildə gözlənilir.
Şirkət həmçinin Fransa Qvianasındakı Kurou kosmodromundan buraxılışları planlaşdırır və 2025-ci ildə üçüncü platforma üçün icazə almağı hədəfləyir.
Qeyd edək ki, “Miura 5” raketi 1080 kiloqrama qədər faydalı yükü aşağı Yer orbitinə çıxarmağa imkan verir.
Nicat Osman
tag: İspaniya,PLD Space,Miura 5”,Oman,Etlak,todaypress.az,