İspaniya kütləvi elektrik kəsilməsinə görə komitə yaratdı
İspaniya hökuməti ölkə daxilində geniş yayılmış elektrik kəsintiləri fonunda milli elektrik şəbəkəsi operatoru “Red Ectrica”nın qərargahında toplaşan böhran komitəsi yaradıb.
TodayPress xəbər verir ki, bu barədə “El País” məlumat yayıb.
Nəşr qeyd edir ki, komitənin iclasında Baş nazir Pedro Sançes və İspaniyanın baş nazirinin müavini Mariya Xesus Montero iştirak ediblər.
İspaniyanın hava limanının operatoru “Aena”nın məlumatına görə, ölkənin hava limanlarında elektrik enerjisinin kəsilməsi və ehtiyat generatorların işə salınması səbəbindən fasilələr yaşanır.
Qeyd edək ki, bundan əvvəl AB-nin dörd ölkəsində - Fransa, Belçika, İspaniya və Portuqaliyada irimiqyaslı elektrik kəsilməsinin baş verdiyi bildirilirdi.
tag: Fransa,Belçika,İspaniya,Potuqaliya,Elektrik,Kəsinti,Todaypress.az,