İspaniya kütləvi elektrik kəsintisi ilə bağlı araşdırma aparır

Dünya

29.04.2025 16:06

13

İspaniya məhkəməsi aprelin 28-də ölkədə elektrik enerjisinin kəsilməsinin “təxribat aktı” olub-olmadığını araşdırmaq qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə krallığın Milli Məhkəmə Kollecinin mətbuat xidməti bəyanat yayıb.

"Hakim Coze Luis Kalama İspaniyanın elektrik şəbəkəsində dünənki elektrik kəsilməsinin kompüter təxribatı olub-olmadığını müəyyən etmək üçün ilkin araşdırma aparmağa razılaşıb" deyə bildirilib.  

Sənəddə həmçinin qeyd edilir ki, hadisə təxribat aktı kimi tanınarsa, İspaniya Cinayət Məcəlləsinə uyğun olaraq bu hərəkətlər “terror cinayəti” kimi təsnif edilə bilər.

"Elektrik kəsintisinin səbəbləri hazırda məlum deyil, lakin kiberterrorizm mümkün amillərdən biridir” deyə hakim bildirib. 

Töhfə Səməd

tag: İspaniya,Məhkəmə,Coze Luis ,todaypress.az,