İspaniya Ukraynanın bərpası üçün 415 milyon avro ayıracaq

Dünya

28.03.2025 19:35

2802

İspaniya hakimiyyəti Ukraynanın bərpası üçün 415 milyon avro ayırmaq niyyətindədir.

TodayPress xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

Onun sözlərinə görə, İspaniya humanitar yardım üçün 110 milyon avro ayırıb. Həmçinin krallıq 236 minə yaxın ukraynalıya ev sahibliyi edib.

Nazir qeyd edib ki, Madridin hazırda əsas vəzifəsi Ukrayna prezidenti Volodimir Zelenskiyə kömək etməkdir. 

Türkan İsgəndərli

tag: İspaniya ,Ukrayna,Avrop,Yardım ,todaypress.az,