İspaniya Ukraynaya 1 milyard avroluq hərbi yardım ayıracaq

Dünya

24.02.2025 19:50

2656

İspaniya Ukraynaya 1 milyard avro dəyərində yeni hərbi yardım paketi göndərmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançes fevralın 24-də “X” sosial şəbəkəsində yazıb. 

“İspaniya Ukrayna xalqına 1 milyard avro məbləğində yeni hərbi yardım paketi göndərəcək” deyə o, bildirib. 

Sançes vurğulayıb ki, təkcə diplomatiya kifayət etmir, onu güc və birliklə birləşdirmək lazımdır.

Qiymət Mahir

tag: İspaniya ,Ukrayna,Yardım,Pedro Sançes,todaypress.az,