İspaniya XİN rəhbəri: “Ukrayna dövlət olaraq yox ola bilər”
İspaniyanın Xarici İşlər Naziri Xose Manuel Albares Ukraynanın Rusiya ilə olan müharibədə məğlub olması halında dövlət olaraq yox ola biləcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” yazıb.
Münaqişənin həll edilməsinin vacibliyini qeyd edən Albares Ukraynanın sülh danışıqlarında iştirak etməli olduğunu bildirib. O, eyni zamanda, İspaniyanın Ukraynanı dəstəkləməyə davam edəcəyini deyib.
Əvvəlcə diplomatik münasibətlərin bərpası haqqında danışan Albares Avropa İttifaqının Rusiya ilə əlaqələrin normallaşdırılmasının vacibliyini anladığını və müharibə bitdikdən sonra bunun mümkün olduğunu qeyd edib.
Qiymət Mahir
tag: Ispaniya,Ukrayna,Avropa İttifaqı,Rusiya,todaypress.az,