İsrail: 2023-cü ildəki hadisələrinin təkrarlanmasına icazə verilməyəcək
“7 oktyabr 2023-cü il hadisələrinin təkrarlanmasına yol vermək olmaz”.
TodayPress xəbər verir ki, bu fikirləri İsrailin Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ben Tsvi “TASS”a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, atəşkəsin bərpası və əvvəlki formatda razılaşmaya dönüş real deyil, çünki HƏMAS kompromis təkliflərini rədd edib.
“Əvvəlki razılaşma 17 gün əvvəl başa çatdı. Bu müddət ərzində qərara gəlmək üçün imkan verdik. Amerikalılar bir neçə variant təklif etdilər, HƏMAS isə hamısını rədd etdi. Əvvəldən bəlli idi ki, məsələ həll olunmasa, hərbi əməliyyatları dayandırmayacağıq” deyə diplomat vurğulayıb.
Ben Tsvi əlavə edib ki, HƏMAS cənubdan silahları Qəzza zolağının şimalına, İsrail sərhədlərinə doğru daşımağa davam edib: “Bu isə açıq şəkildə yeni hücumlara hazırlıq deməkdir. Biz buna imkan verə bilmərik”.
Qiymət Mahir
tag: İsrail,HƏMAS,Qəzza,Toqquşma,Todaypress.az,