İsrail 75 fələstinlini saxladı
İsrail ordusu son bir həftə ərzində İordan çayının qərb sahilində 75 fələstinlini əsir götürüb.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əməliyyatlar zamanı 40-dan çox silah-sursat müsadirə edilib.
Həmçinin, təhlükəsizlik qüvvələri Hebron şəhərində qadın geyimləri mağazasında silah anbarı aşkar edib.
Türkan İsgəndərli
tag: İsrail,Ordu,Fələstin,Girov,todaypress.az,