İsrail ABŞ-nin İranla bağlı danışıqlar xəttindən narazıdır

Dünya

20.04.2025 20:30

13

İsrail kəşfiyyatının – “Mossad”ın direktoru David Barnea və strateji məsələlər naziri Ron Dermer ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffu İranın nüvə proqramına dair danışıqların istiqamətini dəyişdirməyə razı sala bilməyib.

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post”un yazıb.

Məlumata əsasən, Parisdə baş tutan gizli görüş zamanı Barnea və Dermer ABŞ nümayəndəsini razı salmağa çalışsalar da, Romada keçirilən ikinci raund danışıqlar öncəsi bu cəhd nəticəsiz qalıb. Qeyd olunur ki, Dermer baş nazir Netanyahunun ən yaxın müşavirlərindən biri, Barnea isə həm Bayden, həm də Tramp administrasiyalarında yüksək nüfuza malik fiqur kimi İsrailin “gizli silahı” sayılırdı.

Nəşrə görə, İsrailin narahatlığı əsasən uranın zənginləşdirilməsi, təkmilləşdirilmiş sentrifuqalar və mümkün nüvə silahı daşıya biləcək ballistik raket sistemləri ilə bağlı detallara ABŞ-nin və xüsusilə Uitkoffun yetərincə əhəmiyyət verməməsi ilə əlaqəlidir.

Qiymət Mahir

tag: İsrail,ABŞ,İran,Paris,todaypress.az,