İsrail britaniyalı deputatları ölkəyə buraxmadı

Dünya

06.04.2025 14:25

16

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi İsrail hakimiyyətini iki Leyborist deputatın ölkəyə buraxmaması və onları saxlamasına görə tənqid edib.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

“Mən İsrail hökumətindəki həmkarlarıma açıq şəkildə bildirdim ki, britaniyalı deputatlara bu cür yanaşmaq olmaz” Lemmi bildirib.

Nazir İsrailin bu addımını qəbuledilməz və "dərin narahatlıq doğuran" adlandırıb.

Qeyd edək ki, britaniyalı deputatlar Abtisam Məhəmməd və Yuan Yan İsrailə qarşı "nifrət nitqi" yaymaq niyyətində olduqları iddiası ilə ölkəyə buraxılmayıblar.

Türkan İsgəndərli

tag: İsrail,Britaniya,Deputat,todaypress.az,