İsrail: Bütün girovlar vətənə qaytarılmalıdır
İsrailin müdafiə naziri İsrael Katz amerikalı həmkarı Pete Hegseth ilə görüş keçirib.
TodayPress xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Tərəflər İranın regional təhlükəsizliyə təsiri, Qəzzadan girovların azad edilməsi və anklavda HƏMAS hakimiyyətinin aradan qaldırılması məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin ABŞ-nin İsrailə hərbi yardımının sürətləndirilməsi də diqqət mərkəzində olub.
İsrael Katz görüşdən sonra əldə edilən razılaşmalardan danışıb:
"Biz razılaşdıq ki, bütün girovlar vətənə qaytarılmalıdır".
Müdafiə naziri ABŞ prezidenti Donald Trampın administrasiyasına İsrailə hərbi yardımın göndərilməsinin sürətləndirilməsindəki dəstəyə görə təşəkkür edib.
Məsələ ilə bağlı rəsmi Vaşinqton hələ açıqlama verməyib.
Türkan İsgəndərli
tag: ABŞ,İsrail,Girov,Münaqişə,Todaypress.az,