İsrail əmr etdi: Suriyaya zərbələr endiriləcək
İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir İsrail hərbçilərinə Suriyanın yeni hakimiyyət orqanlarına məxsus hədəfləri vurmağa hazırlaşmağı əmr edib.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Vəziyyəti qiymətləndirdikdən sonra Baş Qərargah rəisi Eyal Zamir druz icmalarına qarşı zorakılıq halları davam edərsə, İsrail ordusuna Suriyaya məxsus hədəfləri vurmağa hazırlaşmağı tapşırıb” məlumatda bildirilir.
Əlavə edilib ki, İsrail Hərbi Hava Qüvvələri aprelin 30-da artıq dinc sakinlərə hücum edən yaraqlıları Dəməşqin kənarında vurub.
Qurumdan bildirilib ki, İsrail ordusu bölgədəki hadisələri izləyir və Suriya bölgəsini müdafiə etməyə hazırdır.
tag: İsrail,Suriya,Zərbə,todaypress.az,