İsrail genişmiqyaslı antiterror əməliyyatlarına başladı

Dünya

21.01.2025 19:43

1473

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

TodayPress xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Bildirilib ki, "Dəmir divar" adlanan əməliyyatlar İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisi tərəfindən həyata keçirilir. 

"Ətraflı məlumat daha sonra yayılacaq" deyə məlumatda bildirilib.

“The Times of Israel” qəzetindəki hərbi mənbəyə görə, əməliyyat genişmiqyaslı olacaq və ən azı bir neçə gün davam edəcək. Mənbənin sözlərinə görə, döyüşlər Cenində radikal qruplaşmaların istifadə etdiyi infrastruktura pilotsuz təyyarələrin zərbələri ilə başlayıb, bundan sonra İsrail təhlükəsizlik qüvvələri şəhərə daxil olub. Qeyd edilib ki, əməliyyatın məqsədləri İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələrinin fəaliyyət azadlığını qorumaq, terror infrastrukturunu zərərsizləşdirmək və təhlükələri aradan qaldırmaqdır.

Töhfə Səməd

tag: İsrail ,İordan ,Cenin ,Dəmir divar,todaypress.az,