İsrail girov müqaviləsinin ikinci mərhələsinə keçməkdən imtina etdi

Dünya

01.03.2025 12:28

2664

Qahirədəki danışıqlarda iştirak edənlər İsrail hakimiyyətini Fələstinin HƏMAS hərəkatı ilə girovların azad edilməsi və Qəzzada atəşkəs haqqında razılaşmanın ikinci mərhələsini müzakirə etməyə inandıra bilməyiblər.   

TodayPress xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı adı açıqlanmayan yüksək rütbəli nümayəndəyə istinadən məlumat yayıb. 

İsrailin danışıqların başlanmasını gecikdirməklə razılaşmanı pozduğu bildirilir.

Təl-Əviv müqavilənin birinci mərhələsinin uzadılmasında qərarlı olduğunu açıqlayıb. "Biz İsrailin bu addımını rədd edirik və tam razılaşma paketinin bir hissəsi istisna olmaqla, bir nəfər də girovu təhvil verməyəcəyik" deyə yüksək rütbəli nümayəndə bildirib. 

Qeyd edək ki, fevralın 22-də İsrail HƏMAS-ın girovların azad edilməsi ilə bağlı sazişin birinci mərhələsini başa vurduğunu elan edib.

Fələstin hərəkatının son girov olan Hişam əl-Səidi Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verdiyi dəqiqləşdirilib. 

Xatırladaq ki, yanvarın 19-dan İsraillə HƏMAS arasında atəşkəs rejimi qüvvədədir.   

Töhfə Səməd

tag: İsrail, HƏMAS, Qruplaşma ,Girov,Müqavilə,Todaypress.az,