İsrail girovları azad etmək üçün yeni plan təqdim etdi
İsrail Misir vasitəçilərinin köməyi ilə HƏMAS-a girovların Qəzza zolağından azad edilməsi üçün iki mərhələli plan təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Belə ki, İsrailin planında Fələstin hərəkatının ilk mərhələdə 11 girovu azad edəcəyi və 16 ölü cəsədinin təhvil veriləcəyi, ardınca isə 40 günlük atəşkəs nəzərdə tutulur.
Daha sonra HƏMAS qalan bütün girovları eyni vaxtda azad etməli olacaq. Mənbələr bildiriblər ki, ABŞ İsrailin təklifini dəstəkləyir.
Töhfə Səməd
tag: İsrail ,Misir,HƏMAS,Fələstin,todaypress.az,