İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb etdi
İsrail Fələstinin "HƏMAS" hərəkatından Qəzza zolağında atəşkəsin uzadılması müqabilində saxladığı 11 girovu azad etməyi və 16 ölü əsirin cəsədini təhvil verməyi tələb edib.
TodayPress xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
İsrail HƏMAS-dan ABŞ vətəndaşlığına malik İsrail əsgəri İdan Aleksandrı geri qaytarmağı da tələb edib.
Bildirilib ki, İsrail bunun müqabilində ömürlük həbs cəzası çəkən 110 fələstinli məhbusu, həmçinin Qəzzada döyüşlər zamanı saxlanılan 1100 məhbusu azad etməyə hazırdır.
tag: İsrail,HƏMAS,Qəzza,Məhbus,Girov,Todaypress.az,